Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Texnologiyanın ən böyük şirkətlərindən biri olan Microsoft 2010-cu ildə Facebook-u almağa çalışıb. 2004-cü ildə 4 fevralda qurulan məşhur sosial media saytı Facebook, hal-hazırda 1 milyard 350 milyon istifadəçisi ilə dünyada ən çox istifadə olunan platforma halına gəlib. Facebook-un qısa zamanda bu qədər məşhurlaşması da bir çox şirkətlərin diqqətindən kənar qalmayıb. Belə ki, zaman keçdikdə texnologiya nəhəngləri şirkəti almaq istəmiş, amma Mark şirkəti satmaqdan imtina etmişdi. Belə şirkətlərdən biri də “Microsoft” olub. Xatırladaq ki, “Yahoo”, “Facebook” hələ 2 yaşında olarkən və sadəcə universitet daxilində fəaliyyət göstərərkən 2006-cı ildə 1 milyard dollarlıq təklif etmiş amma geri çevrilmişdi. Microsoft-un keçmiş CEO-su Steve Ballmer, bir televiziya proqramında iştirak edərkən 2010-cu ildə “Facebook”a 24 milyard dollar təklif etdiyini bildirib. “Microsoft”un uzun zaman bu istiqamətdə təkliflər etdiyini amma Mark-ın bunu rədd etdiyini bildirib. Hal-hazırda “Facebook” 378 milyard dollar bazar dəyərinə malikdir. Onun CEO-su Mark isə 55.3 milyard dollar ilə dünyanın dördüncü ən zəngin insanıdır.

microsoft

“Facebook” şirkəti Windows 10 üçün olan Messenger-ə çoxdan gözlənilən yenilənməni təqdim edib. Artıq Windows 10 istifadəçiləri Messenger vasitəsilə audio və video zənglər edə biləcəklər. Sözügedən funksiya çoxdan iOS və Android platformalarında mövcuddur. Lakin indi bütün Windows 10 dəstəkli cihazlar üçün də aktiv olub. Zəng etmək üçün onlayn olan lazımi şəxsin istifadəçiyə klikləyərək zəng növündən asılı olaraq kamera və ya mikrofon ikonlarına klikləməlisiniz. Zənglər internet üzərindən olduğu üçün yaxşı keyfiyyət baxımından yüksək sürətli internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən onlar yenilənməni təzə təqdim etdikləri üçün bir çoxları hələki bu funksiyadan yararlana bilməyəcəklər. Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq. Bundan əlavə olaraq şirkət həmdə Windows Phone üçün də Messenger yenilənməsini təqdim edib. Bu yenilənmədədə video zənglər aktivdir.

facebook

WhatsApp uzun müddətdir gözlənilən video zəng dəstəyini istifadəçilərlə görüşdürdü. Tətbiqin Android platformasındakı beta versiyası ilə artıq video görüşmələri edə bilərsiniz. Android üçün WhatsApp tətbiqinin beta versiyasına uzun müddətdir gözlənilən video zəng xüsusiyyəti nəhayət ki gəldi. WhatsApp üzərindən eynilə Skype və ya Facetime-da olduğu kimi video konfrans edə bilməyinizə şərait yaradan yeni xüsusiyyətlə artıq internet üzərindən video zənglər edə biləcəksiniz. Əgər videozənglə əlaqə saxlamaq istədiyiniz şəxsdə WhatsAppın ən son versiyası yüklü deyilsə, həmin şəxsə yenilənmə etməsi barədə bildiriş gedir. WhatsApp video dəstəyi hansı versiyadadır? Tətbiqin 2.16.318 versiyası ilə birlikdə istifadəyə verilən videozəng xüsusiyyəti hazırda olduqca qərarlı bir şəkildə işləyir. Bir milyarddan artıq istifadəçisi olan WhatsApp bu xüsusiyyətlə birlikdə Google-un Duo tətbiqi ilə birlikdə digər mesajlaşma tətbiqlərinə rəqib olur. Son vaxtlarda yenilənmələr ilə fasiləsiz olaraq inkişaf etməyə cəhd edən WhatsApp keçdiyimiz günlərdə Snapchat oxşarı xüsusiyyətləri də istifadəçilərinə təqdim etmişdi. Əgər WhatsApp video zəng xüsusiyyətini indi yoxlamaq istəyirsinizsə, bu linkdən beta versiyanı yükləyərək elə indi istifadə etməyə başlaya bilərsiniz.

whatsapp

“Facebook” sosial şəbəkəsinin yeni funksiyası videonu televizora translyasiya etməyə imkan verəcək. Yeni xidmətdən istifadə üçün “Chromecast” və ya “Apple TV” televizor qurğuları tələb olunur. Bu yaxınlaradək sosial şəbəkədən videonu televizor ekranına ötürmək yalnız “Apple” smartfonu və ya “Apple TV” və “Chromecast” qurğularının brauzerləri vasitəsilə mümkün idi. Yaxın gələcəkdə bu imkanı “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular da qazanacaq. Bu, eyni anda “Facebook”da xoşagələn videoya və xəbərlər lentinə baxmağa şərait yaradacaq. Yeni xidmətin anonsu 2 ay əvvəl edilib. Oktyabrda sosial şəbəkə mütəxəssisləri xidməti nümayiş etdirərək onun yaxın vaxtlarda yeni funksiyalarla təchiz ediləcəyini bildiriblər.

facebook

“Microsoft” şirkəti Nyu-Yorkda keçirdiyi tədbirdə “Windows 10 Creators Update” adlı yenilənməni təqdim edib. Yeni İOS-da əsasən 3D məzmunlu sənədlərə baxış keçirmək mümkün olacaq. Bununla birlikdə “Paint” tətbiqinin də yenilənməsinin təqdimatı olub. Bu proqramda obyektlər yaratmaq və üçölçülü şəkillər prosesini idarə etmək imkanı var. Qeyd edək ki, yenilənmələr yalnız kompyuter və noutbuklar üçün deyil, həm də smartfonlar üçün nəzərdə tutulub. Bunu 2017-ci ilin əvvəlində yükləmək mümkün olacaq.

microsoft

ABŞ prezidenti Barak Obama prezidentliyə namizəd Donald Trampı tənqid edib. B. Obama Kaliforniyada keçirilən seçkiqabağı mitinqdə D. Trampı sosial mediada çox vaxt keçirməkdə qınayıb. “Bizə bütün vaxtını “tvit”lərə sərf edən prezident lazım deyil”, – deyə dövlət başçısı söyləyib. Hazırda D. Trampın “Twitter”də 12,7 milyon izləyicisi var və o, indiyədək 34 min “tvit” yazıb. Respublikaçı namizəd rəqibləri ilə tez-tez “Twitter” vasitəsilə “atışır” və öz auditoriyasını bu yolla səfərbər edir. B. Obama bildirib ki, Trampın çatışmazlıqlarından danışmağa ehtiyac yoxdur, çünki o özü bunu nümayiş etdirir: “Mən bu adamın bu vəzifəyə niyə uyğun olmadığı haqda geniş danışmayacağam, çünki o özü danışanda siz daha çox sübut əldə edirsiniz ki, niyə o, Birləşmiş Ştatların prezidenti olmağa yaramır”. B. Obama prezidentliyə namizəd olmuş digər respublikaçı rəqiblərinə isə hörmət etdiyini vurğulayıb: “Mən hər zaman hesab etmişəm ki, Con Makkeyn və Mitt Romni hörmətə layiq insanlardır”.

barak_obama00

“Twitter” rəhbərliyi kütləvi ixtisara hazırlaşır. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər yayıb. Şirkət öz əməkdaşlarının 8 faizini – 300-ə yaxın işçini ixtisara salmaq niyyətindədir. Bu rəqəm dəyişə də bilər. İxtisarın bu həftə elan olunacağı gözlənilir. Belə kütləvi ixtisar sonuncu dəfə 1 il öncə, şirkətin rəhbəri vəzifəsinə onun yaradıcısı Cek Dorsi gəldikdən sonra həyata keçirilib. Qeyd edək ki, “Twitter” bir neçə şirkətlə satış barədə müzakirələr aparırdı. Bu sırada “Google,” “Disney”, “”SalesForce” kimi şirkətlərin adları çəkilirdi. Lakin onların hamısı şirkəti almaq fikrindən vaz keçib. “Twitter”in bazar dəyəri 14 milyard dollar həcmində qiymətləndirilir.

twitter

5G rabitə standartı ABŞ-ın “Verizon Communication” telekommunikasiya şirkəti tərəfindən gələn ilin sonuna qədər istifadəyə verilə bilər. Bu barədə şirkətin rəhbəri Louell Makadam “Intel Global Submit 2016” konfransında bildirib.  “Verizon” rəhbəri deyib ki, daha öncə 5G-nin 2020-ci ildən sonra işə salınması planlaşdırıldı. Ancaq şirkət qarşısına qoyduğu tapşırığı vaxtından öncə yerinə yetirə bilib. “Verizon” bu texnologiyadan istifadə üçün ABŞ hökumətindən razılıq alıb və yeni standartı Boston şəhəri də daxil olmaqla, ABŞ-ın 7 nöqtəsində test edir. 5G ötürücülər küçə fənərlərinin yuxarısında da sınaqdan keçirilir. Məlumatların ötürülməsi sürəti saniyədə 1 giqabaytdır. Yeni rabitə standartdan videoların çox tez ötürülməsi, dronlar və avtomobillərə uzaqdan nəzarət üçün istifadə etmək mümkün olacaq. Təhsil və səhiyyə sahələrinin imkanlarını genişləndirmək də mümkündür. L. Makadam vurğulayıb ki, 5G-yə keçiddən sonra 4G-dən imtina olunmayacaq. Paralel olaraq hələ o, xeyli müddət istifadə ediləcək.

5_g_0000

“Gartner” analitik şirkəti müasir yüksək və informasiya texnologiyalarının təsiri altında tibb sahəsinin inkişafı ilə bağlı öz proqnozunu təqdim edib. Sözügedən analitik şirkətin proqnozuna əsasən, yaxın 20 ildə ilk tibbi yardım tanınmayacaq dərəcədə dəyişəcək. Avtomatik rejimdə pasiyentlərin vəziyyətini izləməyə imkan verən və ilk yardımın göstərilməsi zamanı insan amilini tamamilə istisna edən “sağlamlıq üzrə virtual şəxsi assistentlər” geniş populyarlıq qazanmağa başlayacaq. “Gartner”in proqnozuna görə, 2025-ci ilə bu virtual köməkçilər tibbi personalın bir hissəsini əvəz edəcəklər, çünki insanlar onları həkimlərlə müqayisədə daha həssas və dəqiq hesab edəcəklər. Belə ki, bir çox həkimlər etik davranış qaydalarına riayət etmirlər. “Gartner”in ekspertləri bildiriblər ki, hazırda insanın orqanizmi və sağlamlıq vəziyyəti haqda informasiya aqreqatorları ən erkən inkişaf  mərhələsindədir. Bu inkişaf mərhələsinin yüksək zirvəsi olacaq virtual köməkçilər öz inkişaf yolunda bir çox maneə ilə qarşılaşacaq. Bu, artıq onların ilk tibbi yardım sahəsinə tətbiqini ləngidəcək, bəzi ölkələrdə maliyyə problemi və qanunvericiliklə bağlı çətinliklər, həmçinin bir sıra başqa maneələr ortalığa çıxacaq.

483380

“Google” şirkəti gözlərin hərəkətinin köməyi ilə kompüteri idarəetmə üzrə ixtisaslaşmış ABŞ-ın “Eyefluence” startapını satın alıb. İnternet nəhəngi “Eyefluence” startapının həllindən virtual reallıqla bağlı layihələrin inkişafında istifadə etməyə hazırlaşır. “Eyefluence” şirkəti Cim Marqqraff tərəfindən təsis edilib. Startapın məqsədi kompüteri istifadəçinin göz almalarının hərəkətlərini tanımağı öyrətməkdir ki, bu da virtual reallıq obrazlarını ləngimə olmadan dəyişdirməyə, əsl və virtual obyektləri artırılmış reallıqda kombinasiya etməyə imkan verəcək. Son zamanlar “Google” şirkəti “VR” texnologiyaları üzərində aktiv işlər aparır. 2016-cı ilin mayında şirkət “VR” proqramlarının yaradılması üçün “Daydream” platformasını təqdim edib və məlumat verib ki, “Play Store”, “Google Photo”, “Google Street View” və “YouTube” daxil olmaqla bir sıra xidmətlərini virtual formata uyğunlaşdırmağa hazırlaşır. İnternet nəhəngi cari ilin oktyabrında “Daydream View” virtual reallıq eynəyini təqdim edib. Eynək smartfonla birgə istifadə olunur. Eynək istifadəçinin əllərinin hərəkətini izləyən kontrollerlə birgə tədarük olunur və “Bluetooth” vasitəsilə smartfonu idarə etməyə imkan verir. Çox güman ki şirkət gələcəkdə əl hərəkətlərinin köməyi ilə idarəetməni gözlərin köməyi ilə idarəetmə ilə əvəz etməyə hazırlaşır.

483379

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register