Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” şirkəti “İphone 8” mobil telefonu üzərində işləyir. Sözügedən modeldə bir çox yeniliklər olacaq. Belə ki, “İphone 8”-in şəffaf şüşədən olacağı, telefonun arxa tərəfinin görünəcəyi deyilir. Həmçinin, bu modeldə batareya ekranın kənarında olacaq.

iphone8

Jurnalist və texniki ekspert Robert Skoubl etibarlı mənbələrə istinadən növbəti nəsil “iPhone”ların smartfon bazarında inqilab edəcəyini bildirib. Bu barədə o, özünün bloqunda yazıb. “Mənə dedilər ki, növbəti “iPhone” tam şüşədən olacaq (“Gorilla Glass” və möhkəmliyi təmin edən digər polikarbonatlarla birlikdə), yeni nəsil OLED-displeylə təchiz olunacaq”, – deyə R. Skoubl deyib. O bildirib ki, yeni “iPhone”u sensorları olan qarnitura yerləşdirmək mümkün olacaq, bunun sayəsində “Nvidia 1080″lə müqayisədə daha yüksək tezlikli kadrlar təmin ediləcək. Jurnalist qeyd edib ki, 2017-ci il buraxılışlı “iPhone” holoqramdan istifadə edilməklə əlavə reallıq (augmented reality) texnologiyasına malik olacaq: “Telefon “Apple”ın satın aldığı “Primesense” şirkəti tərəfindən 3D sensorla təchiz ediləcək. Hazırda İsraildə şirkətin 600 mütəxəssisi bunun üzərində çalışır. Söhbət “iPhone”un 10 illik yubiley modelindən gedir. Bu məhsulu “Apple”ın yeni, fantastik mənzil-qərargahında nümayiş etdirəcəklər. Bu, mobil sənayeni tam dəyişdirəcək çox vacib məhsul olacaq”. Qeyd edək ki, “iPhone 8″in tam şüşə displeydən ibarət olacağı barədə söhbətlər daha öncə da yayılmışdı. Ekspertlər cihazın “Home” düyməsinə malik olmayacağını da bildirir.

iphone

“Google” gözlərin hərəkəti ilə virtual və əlavə olunmuş reallıq cihazlarını idarə etməyə imkan verən texnologiyanın tərtibatçısı olan “Eyefluence” startapını satın alıb. Bu barədə startapın saytında məlumat verilib. Sövdələşmənin məbləği gizli saxlanılır. Ancaq bundan öncə məlum olub ki, “Eyefluence” şirkəti 21,6 milyon dollar investisiya cəlb edib. “Eyefluence” şirkətinin qurucusu “LeapFrog FLY Pentop” masaüstü kompüterinin yaradıcısı Cim Marqqrafdır. O, bir neçə il öncə nevroloji tədqiqatlar şirkəti olan “Eye-Com”un aktivlərini əldə edib.

Google

2001-ci ildən bəri ilk dəfə olaraq ABŞ-ın “Apple” korporasiyasının illik gəliri azalıb. Son 9 ayda “Apple”ın gəliri 46,85 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% aşağıdır. “Apple” iyunun sonlarından bəri, 3 ay ərzində 45,51 milyon ədəd “iPhone” satıb. Bu, analitiklərin gözləntilərindən çox olsa da, ötən ilin 3-cü rübünün rəqəmlərindən azdır. Buna baxmayaraq, şirkət rəhbərliyi hesab edir ki, yeni modellərin satışa çıxarılması ilə əlaqədar növbəti rübdə vəziyyəti düzəltmək mümkün olacaq. “iPhone 7” və “iPhone 7 Plus” maliyyə hesabatının hazırlanmasından 2 həftə əvvəl buraxılıb, ona görə də hesabata elə də təsiri olmayıb. Bazardakı vəziyyəti öyrənən “Conlumino” firmasının nümayəndəsi Nil Sanders bildirib ki, “Apple” məhsullarına tələbat hələ də böyükdür, amma rəqiblərlə aradakı fərq əvvəlki qədər deyil. Şirkət Çində rəqiblərinin təzyiqinə məruz qalır. Üçüncü rüb bu ölkədə satışlar 26% azalıb.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

ABŞ-ın “Anheuser-Busch” pivə şirkəti dünyada pilotsuz yük maşını vasitəsilə kommersiya məqsədilə pivənin lazımi ünvana daşındığını açıqlayıb. Layihə avtomatik idarəetmə üzrə ixtisaslaşmış “Otto” şirkəti ilə birlikdə həyata keçirilib. Pilotsuz yük avtomobili 120 mil (193 km-dən çox) məsafə qət edib və Kolorado ştatının Fort-Kollins şəhərindən Kolorado-Sprinqs şəhərinə 50 min ədəd “Budweiser” pivəsi daşıyıb. Daşınma zamanı sürücü yük maşınında olub və prosesi müşahidə edib.  “Anheuser-Busch” yeni texnologiyalardan geniş istifadə etməyi planlaşdırır.

buss

Pentaqon “Eşşək arısı” adlı kiçik həcmli dronları – pilotsuz uçan mini aparatları sınaqdan keçirib. Sürü şəklində qırıcı təyyarələrdən buraxılan bu dronlar hava hücumlarından müdafiə sistemləri, hərbi təyyarələr və digər hücum silahlarının məhvi üçün nəzərdə tutulur. 3D Printer aparatında buraxılan bu dronlar çox ucuz başa gəlir. Ekspertlər hesab edirlər ki, hava hücumlarından müdafiə sistemlərinin bu cür dronların öhtəsindən gəlməsi çox çətin olacaq və bu sistemə qarşı yalnız müasir radioelektron silah lazımdır. Pentaqonun ən gizli bölmələrindən olan Strateji İmkanlar İdarəsinin rəhbəri Uilyam Roperin sözlərinə görə, bu proqramın reallaşması müasir döyüşlərdə ABŞ ordusuna görünməmiş üstünlük verəcək. Roper deyir ki, lap alçaqdan uça bilən bu dronlardan kəşfiyyatda da istifadə etmək olar.”Konkret hallarda nə qədər istəsən, bu cür dron buraxmaq mümkündür və onlar sürü halında olanda düşmən üzərində böyük üstünlük yaradır. Ona görə də rəqib özünü bu dronlardan qorumaq üçün müdafiəsinə daha çox vəsait və vaxt sərf etməli olacaq”, – Pentaqonun məxfi idarəsinin rəhbəri deyir. Amma Roper dronların hazırlanmasında konkret hansı texnologiyadan istifadə edilməsi barədə bir şey deməyib. Pentaqon rəsmisi deyir ki, bu dronları asanlıqla təyyarədən də buraxmaq mümkündür və sürü halında buraxanda F-16 və F/A-18 təyyarələrindən istifadə olunur. Onun sözlərinə görə, bu dronların 3D-printerində buraxılması istehsalı sürətləndirir, aparat isə daha uçuz başa gəlir. Müəlliflər deyir ki, dronlar hədəfə minimal mümkün interval və aralarında distansiya saxlamaqla uçmalıdırlar. Burada əsas problemlərdən biri onların bir-biri ilə toqquşmasıdır. Buna görə də toqquşmamaq üçün xüsusi kompüter alqoritmlərindən istifadə edilir. İdeya müəllifləri bu planda xeyli irəli getdiklərini deyirlər. Amma ABŞ hərbçiləri hələ ki, buraxıldığı təyyarəyə dönə bilən dron icad edə bilməyiblər və hazırda ilkin sınağın nəticələri üzərində işləyirlər. Lazım gəlsə, layihəyə düzəlişlər ediləcək. Pentaqonun açıqladığı bu kiçik dronlar gizli istifadə üçün hazırlanan çoxlu sistemlərdən yalnız biridir. Pilotsuz sistemlər üzrə rusiyalı ekspert Denis Fedutinov deyir ki, Rusiyanın da bir neçə belə layihəsi olub, amma hələ ki, onun ölkəsində bununla ciddi məşğul olunmur. Ekspert deyir ki, bu cür ideyaların gerçəkləşməsinə ciddi dövlət sərmayəsi lazımdır və bunun xərci aparatın dəyərindən çox ola bilər. Rusiyanın strategiya və texnologiyalar mərkəzinin sədr müavini Konstantin Makienko hesab edir ki, ABŞ-ın bu cür layihələrinə ciddi təhlükə kimi baxmaq lazımdır və hərbi sahədə inqilab çox tez, qəfil baş verə bilər. O hesab edir ki, bu cür kiçik dronlarla mübarizə çox çətin olacaq və burada heç bir əks-hərəkət keçmir. Makienkonun fikrincə, bu cür dronlara qarşı yalnız onların arasında intellektual əlaqəni poza bilən radioelektron silah effektli ola bilər.

Mütəxəssislər davamlı kompyuter və planşet başında olan şəxslərin göz sağlamlığı məsələsində problem yarandığını söyləyiblər. Texnologiyanın çox sürətlə irəli getməsilə birlikdə kompyuterdən istifadənin ən yüksək mərhələyə çıxması xüsusilə göz sağlamlığı üzərində mənfi təsirlər qoyur. Insanlar mütləq şəkildə kompyuter və planşet işığından qoruyan eynəklərdən istifadə etməlidirlər. Bunun sayəsində, gözləri narahat edən işıqlar təsirsiz qalacaq və gözlər istirahət edəcəklər. Gözlərdə yaranan problemlərin başlıca səbəbi müəyyən bir zamanda göz qırpma sayının çox azalmasıdır. Normalda dəqiqədə orta hesabla 25 dəfə gözlərimizi qırpırıq. Bu proses üst qapağın istirahətinə, göz yaşı ilə gözün bəslənməsinə və təmizlənməsinə zəmin yaradır. Ekranlarla işləyərkən, bu say dəqiqədə 10-dan az, hətta 5-6-ya enir. Belə olduqda da göz yaşı buxarlanır, yanma, batma, qızartı kimi bir çox şikayətə səbəb olur. Bundan başqa, kompyuterə gözlərini geniş açaraq baxanlar da ola bilər. Bu hal da problemi daha çox artıran bir amildir.

planset

ABŞ-ın Apple korporasiyası dünən Kupertino şəhərindəki baş ofisində yeni MacBook Pro noutbukunu təqdim edib. Klaviaturanın yuxarı hissəsində əlavə ekranı olan yeni MacBook pro-da Touch Bar panelini bir sıra funksional klavişlər əvəzləyir. Bu klavişlərdə sistem barədə informasiya və ya müxtəlif proqramlar təmsil olunur. Bundan başqa, panelin sağ hissəsində Apple Pay vasitəsilə alış-veriş etməyə imkan verən TouchİD barmaq izi skaneri var. Retina displeyin parlaqlığı 67 faiz artırılıb. MacBook Pro-nun daha güclü versiyası 4 nüvəli Intel Core i7 prosessoru, 4 qiqabayt yaddaşlı AMD Radeon Pro diskret videokartı ilə təchiz olunub. 13 düymlü dispeyli versiyada Intel Core i5 və i7 prosessorları, habelə Intel Iris qrafik çipi var. Noutbukda USB Type-C tipli 4 port və 3,5 millimetrlik qulaqcıq yeri var. Yeni MacBook Pro noutbuku 13 və 15 düymlük displeylərlə, boz “polad” və qara rəngdə istehsal ediləcək. Noutbuklar əvvəlki versiyalarla müqayisədə xeyli yüngülləşib. Belə ki, 13 düymlük versiyanın qalınlığı 14,9 millimetr, çəkisi 1,3 kq; 15 düymlük versiyanın qalınlığı 15,5 millimetr, çəkisi 1,8 kiloqramdır. Bundan başqa, “sadə” MacBook Pro da təqdimm olunub. Bir sıra funksional klavişləri olan bu noutbuk 13 və 15 dyümlük displeyli variantlara malikdir. Yeni MakBook Pro noutbuklarının satışları dünən başlanıb.

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register