“Milli Hərəkatın” namizədi Əhməd İmamquliyevin qeydinə “Gürcü Arzusunun” namizədi Tamaz Naveriani cavab verib
Gürcüstanın gələcəyinə səs verdim – bu haqda “Milli Hərəkatın” majoritarlığa namizədi Əhməd İmamquliyev jurnalistlərə Marneulidə bildirib. Onun sözlərinə görə bugün Gürcüstan qalib gəlməlidir. “Gürcüstanın gələcəyinə səs verdim. Bugün Gürcüstanın gələcəyi və inkişafı qalib gələcək” – deyə İmamquliyev bildirib. O, eləcə də bildirib ki, seçki prosesi pozuntularla keçirilir.
“Bir neçə məntəqədə qayda pozuntuları qeydə almışıq. Məsələn, Kvemo Saral kəndində seçiciləri alırlar, polislə qorxudurlar və bunu “Gürcü arzusunun” aktivisti Şarman Abdul Rəhmanov edir. Bunu təsdiqləyən foto materialımız da var. Oxşar pozuntular Araflı kəndində də qeydə alınıb. Eləcə də Qızılhacılının 50 saylı seçki məntəqəsində və Marneuli şəhərinin seçki məntəqələrində pozuntular baş verir” deyə İmamquliyev bildirib.
O, Parlament seçkilərinin ikinci turunda öz seçimini Marneuli Şəhərinin 67-ci məntəqəsində verib.
“Gürcü Arzusunun” majoritarlığa namizədi Tamaz Naveriani İmamquliyevin bəyənatına cavab verib:
Marneulinin №36 seçki dairəsində “Gürcü arzusunun” majoritarlığa namizədi Tamaz Naveriani seçicilərin alınması və ya hansısa qayda pozuntusunun olması haqqında yayılan məlumatı təsdiqləmir. Bu haqda Tamaz Naveriani jurnalistlərə 85 saylı məntəqəyə səs vermək üçün getdiyi zaman bildirib.
“Gözləntilər yaxşıdır. Seçkilər demokratik vəziyyətdə keçirilir. İstərdik ki, gün ərzində seçkilər belə davam etsin. Heç bir seçicinin alınması və ya qayda pozuntusu haqqında məlumatımız yoxdur” – deyə Tamaz Naveriani bildirib.
Marneulidə pozuntulardan “Milli hərəkatın” majoritarlığa namizədi Əhməd İmamquliyev danışıb. Onun sözlərinə görə bir neçə məntəqədə qayda pozuntuları qeydə alınıb.
Mənbə: ipn.ge
0 Comments